satellite   Azerspace-1: 11135 H 30000

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında partlayışlar baş verib

İranın cənub-şərqində, Hörmüz boğazı yaxınlığında bir neçə partlayış baş verib.

NTV xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi yerli mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, partlayış səsləri Sirik şəhəri yaxınlığındakı dənizdən və Qeşm adasından eşidilib. Adanın sakinləri səmada partlayışlar gördüklərini və güclü səslər eşitdiklərini bildiriblər.

Bəzi mənbələr hadisə zamanı hava hücumundan müdafiə sistemlərinin işə düşmüş ola biləcəyini istisna etmirlər.

İlkin məlumatlara görə, partlayış səslərinin bir qismi Hörmüz boğazında hərəkət qaydalarını pozan gəmilərə qarşı xəbərdarlıq atəşi açılması ilə bağlı ola bilər. Hadisənin səbəbləri barədə rəsmi təsdiqlənmiş məlumat verilməyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM