satellite   Azerspace-1: 11135 H 30000

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Afinada tarixi ticarət qalereyası 40 milyon avroya yenidən qurulub

Yunanıstanın paytaxtı Afinanın tarixi mərkəzində yerləşən “Arsakeio Stoa” ticarət qalereyası yeddi ilə yaxın davam edən yenidənqurma işlərindən sonra yenidən fəaliyyətə başlayıb. Layihəyə ümumilikdə 40 milyon avro investisiya yatırılıb.

NTV xəbər verir ki, tarixi kompleks müasir ticarət, qastronomiya, təhsil və mədəniyyət mərkəzinə çevrilib.

Yunanıstanın “Kathimerini” qəzetinin məlumatına görə, ümumi sahəsi 25 min kvadratmetr olan tarixi binanın 13 min kvadratmetrlik hissəsi yenidən qurulub. Layihəyə yatırılan vəsaitin 22 milyon avrosu “Legendary Food” şirkəti, qalan 18 milyon avrosu isə obyektlərin icarədarları tərəfindən təmin edilib.

Kompleksdə restoranlar, kafelər, mağazalar, sərgi və təhsil məkanları fəaliyyət göstərir. Burada Yunanıstanın müxtəlif bölgələrindən gətirilən yerli ərzaq məhsullarının satışına və milli mətbəxin təbliğinə xüsusi yer ayrılıb.

Layihənin əsas məqsədlərindən biri Afinanın tarixi ticarət mərkəzini canlandırmaq və şəhərə gələn turistlər üçün yeni cazibə məkanı yaratmaqdır. Kompleksin gündəlik 8–10 min ziyarətçi qəbul etməsi hədəflənir.

Qeyd edək ki, binanın əsası XIX əsrin ortalarında qoyulub. 1907-ci ildə burada Afinanın ilk qapalı ticarət məkanlarından biri açılıb. Tarixi kompleksin yenidən qurulması zamanı onun orijinal memarlıq xüsusiyyətlərinin qorunmasına xüsusi diqqət yetirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM