satellite   Azerspace-1: 11135 H 30000

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

“Bloomberg”: Çexiyalı milyarder “Delfin” holdinqini 30 milyard avroya almaq istəyir

Çexiyalı milyarder, müdafiə sənayesində fəaliyyət göstərən Mixal Strnad ailəsinin holdinq şirkəti “Delfin Sarl”ın alınması üçün təxminən 30 milyard avro təklif edib.

NTV xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

“Delfin Sarl” eynək və linza istehsalçısı “EssilorLuxottica”da, eləcə də İtaliyanın “UniCredit”, “Banca Monte dei Paschi di Siena” banklarında və “Assicurazioni Generali” sığorta qrupunda strateji paylara malikdir.

Agentliyin məlumatına görə, Strnad holdinqin 62,5 faizlik nəzarət paketini almağı təklif edib. Təklif 30 gün müddətində qüvvədədir və sövdələşmənin baş tutması üçün şirkətin səkkiz səhmdarının hamısının razılığı tələb olunur.

Holdinqin səhmdarlarından Leonardo Maria Del Vekio isə aktivlər üzərində İtaliyanın nəzarətinin qorunmasının tərəfdarı olduğunu bildirib. O, həmçinin “EssilorLuxottica” şirkətindəki hüquqların və İtaliya bank sisteminin sabitliyinin qorunmasının vacibliyini vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM