satellite   Azerspace-1: 11135 H 30000

Aleksandar Vuçiç Ukraynada səfərdədir

Aleksandar Vuçiç Ukraynada səfərdədir

Serbiya Prezidenti Aleksandar Vuçiç Ukraynada səfərdədir.

NTV xəbər verir ki, bu barədə "Report"un Balkan bürosuna Serbiya Prezident Administrasiyasından məlumat verilib.

O, ukraynalı həmkarı Volodimir Zelenskinin dəvəti ilə "Karpat İnteqrasiya Təşəbbüsü" sammitində iştirak edir.

A.Vuçiç sosial şəbəkə hesabında paylaşımında bildirib ki, sözügedən təşəbbüs geniş Karpat regionu ölkələrinin iqtisadi, nəqliyyat və infrastruktur baxımından əlaqələndirilməsini hədəfləyən mühüm layihədir:

"Bütün bunları vətəndaşlarımız, Serbiyada sabitliyi və sülhü daha da təmin etmək naminə edirəm".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM