ABŞ-nin Miçiqan ştatının Qrand-Travers dairəsində, Travers-Siti yaxınlığında təlim uçuşu həyata keçirən F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb.
NTV xəbər verir ki, bu barədə "Associated Press"ə Texas Milli Qvardiyasının nümayəndəsi bildirib.
Texas Hava Milli Qvardiyasının 149-cu qırıcı qanadına məxsus təyyarə planlı təlim uçuşu həyata keçirib. Pilot katapult edib və yerli xəstəxanaya aparılıb. Onun xəsarətlərinin dərəcəsi açıqlanmır.
Hadisədən sonra Qrand Traverse dairəsi hakimiyyəti sakinlərə evdə qalmağı tövsiyə edib.
Qəzanın səbəbi araşdırılır.
