İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağındakı vəziyyətdən bəhs edən "NAZA" sənədli filminə reaksiya olaraq, İsrail ordusunu gözdən salan şəxslərin vətəndaşlıqdan məhrum ediləcəyini bildirib.
NTV "Haaretz"ə istinadən xəbər verir ki, Netanyahu iki qanun layihəsini parlamentə təqdim etmək niyyətindədir.
"Birincisi, qanun layihəsi İsrail Müdafiə Ordusunun əsgərlərini ləkələyən hər kəsi vətəndaşlıqdan məhrum edəcək, ikincisi isə böhtanın vurduğu ziyana görə kompensasiya məbləğini iyirmi dəfə artıraraq onların cibinə ziyan vuracaq. Beləliklə, biz onların həm cibinə, həm də vətəndaşlığına zərbə vuracağıq, çünki onların aramızda yeri yoxdur", - Baş nazir deyib.
Netanyahu həmçinin parlamentin sionist ideyanı dəstəkləyən bütün fraksiyalarının bu təşəbbüslərə dəstək verəcəyini gözləyir.
Qeyd edək ki, "NAZA" sənədli filmi şənbə günü Venesiya Kino Festivalında münsiflər heyətinin xüsusi mükafatını alıb.
