satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə 9 cinayətkar dəstə ifşa olunub

Türkiyədə 9 cinayətkar dəstə ifşa olunub

Türkiyənin 8 vilayətində 9 cinayətkar dəstəyə qarşı keçirilən əməliyyatlar zamanı 76 şübhəli saxlanılıb.

NTV xəbər verir ki, Türkiyənin Daxili İşlər Nazirliyinin məlumatına görə, bununla bağlı ölkənin Ağrı, Aydın, Çanaqqala, Kırklareli, Manisa, Samsun, Sivas və Van vilayətlərində əməliyyatlar keçirilib.

Əməliyyatlar zamanı Ağrı və Samsunda silah-sursat qaçaqmalçılığı, Kırklareli və Çanaqqalada mütəşəkkil şəkildə narkotik vasitələrin qanunsuz dövriyyəsi, Aydında isə miqrant qaçaqmalçılığı ilə məşğul olan şəxslər saxlanılıblar. Van, Sivas və Manisadakı şübhəlilərin isə müxtəlif üsullarla vətəndaşları dələduzluq yolu ilə aldatdıqları müəyyən edilib.

Araşdırma zamanı şübhəlilərin hesablarında ümumilikdə 3 milyard 230 milyon lirə aşkar olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM