satellite   Azerspace-1: 11135 H 30000

Rusiyada və Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlar dizelin qiymətini kəskin artırıb

Rusiyada və Səudiyyə Ərəbistanında neft emalı zavodlarına hücumlar dizelin qiymətini kəskin artırıb

Rusiya və Səudiyyə Ərəbistanındakı neft emalı zavodlarına hücumlar Avropada, ABŞ-də dizelin qiymətinin kəskin artmasına səbəb olub.

NTV “Handelsblatt” nəşrinə istinadla xəbər verir ki, Avropada dizel üzrə neft emalı marjaları təxminən 10 faiz yüksəlib. ABŞ-də aşağı kükürdlü dizelin fyuçers qiyməti 7,4 faiz artaraq bir qallon (3,785 litr) üçün 4,19 dollara çatıb. Bu, iyulun 13-dən bəri ən böyük gündəlik artım olub.

Qiymət artımı Ukraynanın Rusiyanın Tatarıstan Respublikasındakı və husilərin Səudiyyə Ərəbistanının Cizan şəhərindəki neft emalı zavodlarına hücumlarından sonra baş verib. Cizan zavodu əvvəlki hücumdan sonra iyulun 27-dən fəaliyyətini dayandırıb.

Bu hücumların bazarı əhəmiyyətli həcmdə dizel yanacağından məhrum etdiyi bildirilir. Dizelin bahalaşması xam neftin qiymət artımını da üstələyib. Belə ki, “Brent” və ABŞ-ın WTI markalı xam neft təxminən 5 faiz bahalaşıb.

Yanacağın bahalaşması xüsusilə fermerləri narahat edir. Buna görə də yanacaq bazarında yaranan gərginliyin kənd təsərrüfatı xərclərinə və nəticə etibarilə ərzaq qiymətlərinə təzyiq göstərə biləcəyi gözlənilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM