Türkiyədə onlayn təhsil alan insanların payı 2017-ci ildəki 6,5 faizdən bu il 22,9 faizə yüksəlib.
NTV Türkiyə Statistika İnstitutunun (TÜİK) məlumatına istinadla xəbər verir ki, hazırda ölkədə 16-74 yaş arası sakinlərin 92,3 faizi internetdən istifadə edir. Son bir ildə internetdən istifadə 1,4 faiz artıb.
TÜİK-in məlumatına görə, koronavirus pandemiyasından bəri təhsil və peşə məqsədləri üçün internetdən istifadə edən vətəndaşların sayında artım tendensiyası davam edir.
Nəticədə Türkiyə vətəndaşlarının təxminən dörddəbiri müxtəlif kurslar da daxil olmaqla onlayn təhsil xidmətlərindən istifadə edir.
2026-cı ildə Türkiyədə rəqəmsal platformalar vasitəsilə təhsil alan insanların payı kişilər üçün 22,4 faiz, qadınlar üçün isə 23,5 faiz təşkil edib.
