satellite   Azerspace-1: 11135 H 30000

Ukrayna ordusu Rusiyanın Orsk şəhərində neftayırma zavodunu vurduğunu təsdiqləyib

Ukrayna ordusu Rusiyanın Orsk şəhərində neftayırma zavodunu vurduğunu təsdiqləyib

Avqustun 11-nə keçən gecə Ukrayna Müdafiə Qüvvələrinin bölmələri Rusiyanın Orenburq vilayətindəki neft emalı zavoduna zərbə endirib.

NTV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının “Facebook səhifəsində məlumat yayılıb.

Ukrayna ordusu Orenburq vilayətinin Orsk şəhərində yerləşən “Orsknefteorgsintez” neftayırma zavoduna zərbə endirib.

Bu, Orenburq vilayətindəki ən böyük neftayırma zavodlarından biridir və Rusiyanın yanacaq-enerji sektoruna daxil olan şirkətdir.

Zavod ildə təxminən 6 milyon ton neft emalı gücünə malikdir. Zavodda avtomobil benzini, dizel və aviasiya yanacağı, mazut, bitum, digər neft məhsulları istehsal olunur.

Zərbədən sonra zavodda yanğın baş verdiyi bildirilib. Zərərin miqyası müəyyənləşdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM