satellite   Azerspace-1: 11135 H 30000

Donald Tramp FIFA-ya xəbərdarlıq edib: Canni İnfantinonun vəzifədən getməsi dəhşətli səhv olacaq

Donald Tramp FIFA-ya xəbərdarlıq edib: Canni İnfantinonun vəzifədən getməsi dəhşətli səhv olacaq

ABŞ Prezidenti Donald Tramp FIFA prezidenti Canni İnfantinonun dəyişdirilməsi ilə bağlı xəbərdarlıq edərək bildirib ki, dünyanın aparıcı futbol idarəedici orqanının bu addımı “dəhşətli səhv” olacaq.

NTV Amerika mediasına istinadla xəbər verir ki, Tramp özünün “Truth Social” hesabındakı paylaşımında yazıb: “Əgər FIFA hər hansı bir səbəbdən prezident Canni İnfantinonun dəyişdirilməsini düşünsə, dəhşətli bir səhv edəcək”.

Tramp İnfantinonu “fantastik” şəxs kimi tərifləyərək iddia edib ki, o, indiyə qədər təqdim edilən ən uğurlu dünya çempionatlarına dörd dəfə rəhbərlik edib. “Əgər İnfantino getsə, dünya çempionatları heç vaxt bu qədər uğurlu və ya gəlirli olmayacaq!”, -deyə ABŞ Prezidenti bildirib.

İnfantino FIFA-nın dünya çempionatındakı payını özəl kapital investorlarına satmaq planının uğursuzluğu səbəbindən artan təzyiqlə üzləşib. Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Futbol Assosiasiyası Konfederasiyası (CONCACAF) və Asiya Futbol Konfederasiyası (AFC) bazar ertəsi birgə açıq məktubda bildiriblər ki, plan FIFA-nın xidmət etməli olduğu qurumlara etimadın fundamental şəkildə pozulması deməkdir. Həmçinin xəbərdarlıq edilib ki, etimad aldatma yolu ilə pozulduqda, bir şəxs özünü ona səlahiyyət verən kollektivdən üstün tutduqda, onun tutduğu vəzifə yerinə yetirilmir”.

FIFA ötən həftə planda buraxılan səhvlərə görə üzr istəyib, Mərakeşdə keçirilən böhran iclasında yüksəkvəzifəli şəxslərin İnfantinonun prezidentliyinə tam dəstəyini bir daha təsdiqlədiklərini bildirib və əlavə edib ki, təklif artıq müzakirə mövzusu deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM