Rusiyanın Xabarovsk vilayətinin hakimiyyəti Amur çayında baş verən daşqınlarla əlaqədar fövqəladə vəziyyət elan edib.
NTV yerli mediaya istinadla xəbər verir ki, bu barədə şəhər administrasiyasının saytında məlumat yuerləşdirilib.
Eyni zamanda, bildirilib ki, çayda suyun səviyyəsi avqustun sonuna qədər 6 metrə qədər qalxa bilər. Bu günə olan məlumata görə isə suyun səviyyəsi 475 santimetrdir.
07:27
Rusiyanın Xabarovsk şəhərinin yaxınlığındakı adalarda yerləşən 159 bağ evini su basıb.
NTV xəbr verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin Xabarovsk diyarı üzrə Baş İdarəsindən məlumat verilib.
Bildirilib ki, Amur çayında suyun səviyyəsi son bir sutka ərzində 14 santimetr artaraq 475 santimetrə çatıb. Bunun nəticəsində evlər subasmaya məruz qalıb.
Hazırda Xabarovskda Nevelskoye bəndinin aşağı hissəsinin də tamamilə suyun altında qaldığı diqqətə çatdırlıb.
