satellite   Azerspace-1: 11135 H 30000

ABŞ alimləri qasırğaları proqnozlaşdırmaq üçün köpək balıqlarından istifadə edir

ABŞ alimləri qasırğaları proqnozlaşdırmaq üçün köpək balıqlarından istifadə edir

Delaver Universitetinin tədqiqatçıları qasırğaların intensivliyi ilə bağlı proqnozların dəqiqliyini artıracaq məlumatlar toplamaq üçün köpək balıqlarından "okean sensorları" kimi istifadə etməyə başlayıblar.

NTV xəbər verir ki, bu barədə avqustun 8-də Reuters məlumat yayıb.

Köpək balıqlarına suyun temperaturunu, dərinliyini və elektrik keçiriciliyini ölçən CTD sensorları quraşdırılır. Heyvanlar suyun səthinə yaxınlaşdıqda toplanan məlumatlar peyk rabitəsi vasitəsilə ötürülür.

Tədqiqatın rəhbəri, Delaver Universitetinin Dəniz Elmləri və Siyasəti Məktəbinin professoru Aaron Karlaylın sözlərinə görə, alimləri ilk növbədə okeanın üst qarışıq qatında toplanan istiliyin miqdarı maraqlandırır. Su qatının bu hissəsi qasırğaların gücünün formalaşmasında mühüm rol oynayır, çünki onların inkişafı üçün enerji mənbəyi hesab olunur.

Müşahidələr üçün mako, mavi və çəkicbaş köpəkbalıqlarından, həmçinin okeanın dərin qatları ilə səthi arasında müntəzəm hərəkət edən cavan ağ köpəkbalıqlarından istifadə edilir.

Sensorların quraşdırılmasına may ayında, köç edən növlər sahilə yaxınlaşdıqda başlanılır. Tədqiqatçılar sahildən 50-65 kilometr məsafəyə qədər dənizə çıxır və avadanlığın heyvanlara bərkidilməsi prosesi beş dəqiqədən az vaxt aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:13 10.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM