satellite   Azerspace-1: 11135 H 30000

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ın tərksilah olunmayana qədər heç bir hərbi geri çəkilmənin baş verməyəcəyini bildirərək, ABŞ Prezidenti Donald Trampın Qəzza üçün hazırladığı 15 bəndlik planını rədd edib.

NTV  BBC-yə istinadən xəbər verir ki, Trampın Sülh Şurası ötən ay HƏMAS və Qəzzadakı digər silahlı qruplaşmaların tamamilə tərksilah edilməsi barədə razılıq əldə olunduğunu açıqlamışdı. Lakin HƏMAS ağır silahlarını təhvil verməyin İsrailin öz hərbçilərini Qəzzadan çıxarmasından asılı olduğunu bildirmişdi.

İsrail keçən ilin oktyabrında ilkin atəşkəsə razılıq verməsinə baxmayaraq, Qəzza ərazisinə zərbələr endirməyə davam edib. Netanyahu bazar günü keçirilən Nazirlər Kabinetinin iclasında "İsrail bu 15 bəndlik sənədi rədd edir" deyib. HƏMAS rəsmisi isə qruplaşmanın razılaşmaya sadiqliyini bir daha təsdiqlədiyini və 15 bəndlik planın icrasında ciddi və məsuliyyətli şəkildə iştirak etməyə hazır olduğunu bildirib. Onlar vasitəçiləri bütün tərəflərin razılaşdırılmış şərtlərə əməl etməsini təmin etməyə çağırıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Neft bahalaşıb

10:13 10.08.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM