Suriya Xarici İşlər Nazirliyi rəsmi Moskva ilə apardığı bir il yarım davam edən danışıqlardan sonra Hmeymim və Tartusdakı Rusiya bazalarının NTV “Anadolu” agentliyinə istinadən xəbər verir ki, razılaşma çərçivəsində Suriya sahillərində mülki obyektlərin idarəçiliyi Suriyaya təhvil veriləcək, Hmeymim Hava Limanı və Tartus Limanı mərhələli şəkildə Suriya idarəçiliyinə keçəcək.
Rusiyaya məxsus hərbi baza və obyektlərin yenidən nizamlanması barədə də razılıq əldə olunduğu və bu bazaların Suriya təlim və məşq mərkəzlərinə çevriləcəyi qeyd edilib.
Yeni tənzimləmələrin keçid prosesinin tamamlanması üçün ən çoxu 3 aylıq müddət təyin olunub.
Qeyd edək ki, Rusiya 2015-ci ildə devrilmiş Əsəd rejiminin tələbi ilə Suriyaya hərbi müdaxilə edərək Hmeymim və Tartusda hərbi bazalar qurmuşdu. Suriya vətəndaş müharibəsində mülki bölgələrə yönəlmiş yüzlərlə hücum bu bazalardan qalxan təyyarələr tərəfindən həyata keçirilmişdi. Əsəd rejiminin 2024-cü ilin dekabrında devrilməsindən sonra Rusiya ilə yeni Suriya hökuməti bu bazaların gələcəyi barədə danışıqlara başlamışdı.
