satellite   Azerspace-1: 11135 H 30000

İspaniya Baş nazirinin fotosu müzakirələrə səbəb oldu

İspaniya Baş nazirinin fotosu müzakirələrə səbəb oldu

İspaniyanın Baş naziri Pedro Sançez sosial şəbəkələrdə yayılan fotoşəkillə gündəmə gəlib.

İspaniya mediasının yazdığına görə, siyasətçinin Seutada qaçqınlarla bağlı vəziyyətə dair keçirilən böhran toplantısından yayılan görüntüsündə ayaqlarının görünməməsi diqqət çəkib.

NTV xəbər verir ki, Fotoda Sançes komanda üzvləri ilə birlikdə monitora baxarkən əks olunub.

Lakin masa altında onun ayaqlarının görünməməsi sosial şəbəkələrdə müxtəlif fərziyyələr və zarafatlar doğurub. Bəzi istifadəçilər bunun çəkiliş bucağı, digərləri isə fotoşəklin sonradan redaktə edilməsi ilə bağlı olduğunu düşünür.

Qeyd edək ki, Sançes 2021-ci ildə Əfqanıstan böhranı zamanı yayılan və onun geyimi ilə bağlı müzakirələrə səbəb olan foto ilə də gündəmə gəlmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM