satellite   Azerspace-1: 11135 H 30000

Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq

Əraqçi: ABŞ təzminat ödəyənə qədər danışıqlar aparılmayacaq

ABŞ İslamabad Anlaşma Memorandumu çərçivəsində İrana qarşı öhdəliklərini yerinə yetirənə və hücumlar zamanı dəyən ziyana görə təzminat ödəyənə qədər Vaşinqton-Tehran danışıqlarının bərpası mümkün deyil.

NTV "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi yerli mediaya müsahibə zamanı bildirib.

"Vasitəçilər hələ də danışıqları bərpa etmək yollarını axtarırlar", - İran XİN rəhbəri əlavə edib.

Xatırladaq ki, hazırda əsas danışıqlar Hörmüz boğazı ilə bağlıdır və İranla Oman arasında aparılır. Əraqçi avqustun 8-də bildirib ki, İran və Oman Hörmüz boğazında yeni gəmiçilik marşrutuna dair razılaşmaya yaxındır. Amerikanın Vitse-prezidenti Cey Di Vens isə "Fox News" telekanalının efirində bəyan edib ki, İran hökuməti Hörmüz boğazı üçün ABŞ-dən ödəniş almağı planlaşdırmır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM