satellite   Azerspace-1: 11135 H 30000

Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil

Vuçiç Rusiya-Ukrayna müharibəsinin tezliklə başa çatacağına əmin deyil

Serbiya Prezidenti Aleksandar Vuçiç Rusiya ilə Ukrayna arasında müharibənin başa çatacağı müddətlə bağlı hələlik ciddi proqnoz verə bilmədiyini və tərəfləri daha bir çətin qışın gözləyə biləcəyindən narahat olduğunu bildirib.

NTV Serbiya mediasına istinadən xəbər verir ki, bu barədə Vuçiç Belqradda Ukrayna Prezidenti Volodimir Zelenski ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

"Hamımız müharibənin ən qısa zamanda bitməsini istəyirik. Əgər məndən bir siyasətçi kimi soruşsanız, mən buna əmin deyiləm və bizi daha bir çətin qışın gözlədiyindən ciddi şəkildə narahatam", - Vuçiç deyib.

O, həmçinin bildirib ki, Serbiya Rusiyanın atəşləri nəticəsində zərər çəkmiş Ukrayna şəhərlərindən birinin bərpasına sərmayə yatırmaq niyyətindədir.

Serbiya lideri Ukraynanın ərazi bütövlüyünə dəyişməz dəstəyini təsdiqləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM