satellite   Azerspace-1: 11135 H 30000

"Bloomberg": Türkiyə ticarət gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır

"Bloomberg": Türkiyə ticarət gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır

Türkiyə Rusiyanın və Ukraynanın bölgədə gəmilərə qarşı artan hücumları fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır.

NTV xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi neft və taxıl ixracının əsas mərkəzlərindən biri olan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət edən bir neçə gəmiyə bildirib ki, hazırda belə gəmilərin keçidinə icazələr ya verilmir, ya da Dardanel boğazından keçid müraciətlərinə baxılması əlavə vaxt tələb edir.

Bununla belə, məhdudiyyətlərin dəqiq qüvvədə olma müddəti və miqyası hələlik bilinmir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM