satellite   Azerspace-1: 11135 H 30000

Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb

Nepalda bir il əvvəl itkin düşmüş alpinistlərin olduğu ehtimal edilən meyitlər aşkarlanıb

Nepal xilasediciləri ötən ilin noyabrında qar uçqunundan sonra beş alpinistin itkin düşdüyü Yalunq-Ri dağı ərazisində beş meyit aşkarlayıblar. Tapılan meyitlərin itkin düşmüş idmançılara aid olub-olmadığı hələlik müəyyən edilməyib.

NTV "Reuters"ə istinadən xəbər verir ki, itkin düşənlər arasında üç əcnəbi - italiyan kanadalı, İtaliya vətəndaşı və Almaniya vətəndaşı var.

Qaurişankar bələdiyyəsinin nümayəndəsi Txabindra Kumar Kafle bildirib ki, meyitləri avqustun 8-i turizm şirkəti tərəfindən axtarış işləri aparmaq üçün göndərilmiş əməkdaşlar görüblər.

Yalunq-Ri dağı Nepalın şimal-şərqindəki Rolvalinq vadisində yerləşir. Bu ərazidə alpinist marşrutları qayalıq, buzlu və qarlı səthlərin birləşdiyi sahələrdən keçir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM