satellite   Azerspace-1: 11135 H 30000

Avropanın 80-dək səhiyyə təşkilatı Aİ-ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

Avropanın 80-dək səhiyyə təşkilatı Aİ-ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

Avropanın 80-dək səhiyyə təşkilatı Avropa İttifaqını (Aİ) əhalinin ekstremal istilərdən qorunması üçün hüquqi baxımdan məcburi tədbirlər qəbul etməyə çağırıb.

NTV “Deutschlandfunk” radiosuna istinadla bildirir ki , Almaniya Federal Həkimlər Palatasının da imzaladığı bəyanatda ekstremal istilərin ciddi transsərhəd sağlamlıq təhlükəsi kimi tanınmasının vacibliyi vurğulanıb. Bəyanatda Aİ səviyyəsində “İstidən mühafizə planı”nın hazırlanması və fövqəladə maliyyə fondunun yaradılması təklif edilib. Bildirilib ki, bu fondun vəsaiti hesabına xəstəxanalar, qocalar evləri, uşaq bağçaları və məktəblərin iqlim dəyişikliklərinin təsirlərinə daha davamlı vəziyyətə gətirilməsi mümkün olacaq.

Səhiyyə təşkilatları, həmçinin əməyin mühafizəsi qaydalarının gücləndirilməsini və yaşayış binalarında sağlamlıq üçün təhlükəsiz daxili temperaturun təmin olunmasını tələb ediblər.

Qeyd edək ki, xüsusilə bu yay Avropada normadan artıq istilər müşahidə edilməkdədir. Almaniyanın Robert Kox İnstitutunun hesablamalarına görə, bu il iyulun ortalarınadək ölkədə yüksək temperatur nəticəsində təxminən on minə yaxın insan həyatını itirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM