satellite   Azerspace-1: 11135 H 30000

Şimali Kipr XİN: Adada federativ dövlət modeli aktual deyil

Şimali Kipr XİN: Adada federativ dövlət modeli aktual deyil

Yarım əsrdən çoxdur müzakirə edilən Kipr üçün federal dövlət modeli öz aktuallığını tamamilə itirib. Münaqişənin uzunmüddətli və davamlı həlli yalnız hər iki tərəfin suveren bərabərliyi prinsipinə əsaslanan “iki dövlət” konsepsiyası ilə mümkündür.

NTV xəbər verir ki, bu bəyanatı Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Şimali Kiprin hakim Milli Birlik Partiyasının təşəbbüsü ilə keçirilən ekspert müzakirələrində çıxış edərkən verib.

Nazirin sözlərinə görə, ada üçün federal struktur ideyasına əsaslanan həll yollarının axtarışı 2017-ci ildə İsveçrənin Krans-Montana şəhərində keçirilən Kipr konfransının uğursuzluğundan sonra faktiki olaraq başa çatıb.

Nazir qeyd edib ki, BMT-nin Baş katibi Antonio Quterreşin ötən həftə adaya səfəri Kiprin iki icması arasında ortaq məxrəcin olmadığını bir daha təsdiqləyib. “Mövcud status-kvo nəzərə alınmasa, Kipr üçün ədalətli və davamlı bir həll yoluna nail olmaq mümkün deyil. Bu gün dövlətimizə sona qədər sadiq qalmağımız vacibdir”, - deyə xarici işlər naziri vurğulayıb. O, adadakı problemlərin həllində əsas maneə kimi qeyri-bərabər statusu göstərib.

Şimali Kipr diplomatiyasının rəhbəri Kipr türklərini “icma” qismində tanıyan BMT Təhlükəsizlik Şurasının 1964-cü il tarixli 186 saylı qətnaməsini xatırladıb. “Bu sənəd Kiprdə tərəflərin statusu ilə bağlı daha ciddi ziddiyyətlərin əsasını qoydu. Xalqların statusundakı bərabərsizlik aradan qaldırılmadan, BMT-nin himayəsi altında proseslərdə uğur qazanmaq ümidi yoxdur”, - deyə o bildirib.

ŞKTC xarici işlər naziri əlavə edib ki, Avropa İttifaqı Kiprlə bağlı strateji səhvlərə yol verir və bu, Brüsseli sülh danışıqlarının iştirakçıları siyahısından çıxarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM