satellite   Azerspace-1: 11135 H 30000

Fransa Rusiyadan olan baş konsul namizədlərinə viza verməkdən imtina edib

Fransa Rusiyadan olan baş konsul namizədlərinə viza verməkdən imtina edib

Fransa hakimiyyəti Rusiyanın Marseldəki yeni baş konsulu vəzifəsinə iki namizədə viza verməkdən imtina edib.

NTV xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Fransanın cənub şəhərindəki baş konsulu Stanislav Oranski bildirib.

"Fransızlar artıq iki namizədlə bağlı rədd cavabı veriblər. Üçüncü namizədlik bir neçə həftə əvvəl baxılmaq üçün onlara göndərilib. Ekzekvatura üçün sorğu göndərilib, lakin hələ ki cavab daxil olmayıb", - deyə diplomat bildirib.

Daha əvvəl Oranski Rusiyanın Marseldəki baş konsulluğunda diplomatik heyətin sayının 2022-ci ildən bəri üç dəfə azaldığını bildirmişdi. Bununla belə, Fransa Marseldəki baş konsulluqda işə başlamalı olan rusiyalı diplomata artıq üç ildir ki, viza vermir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM