satellite   Azerspace-1: 11135 H 30000

Zelenski: Xarici tərəfdaşlardan HHM raketlərinin tədarükü üç dəfə azalıb

Zelenski: Xarici tərəfdaşlardan HHM raketlərinin tədarükü üç dəfə azalıb

Xarici tərəfdaşların Ukraynaya hava hücumundan müdafiə (HHM) sistemləri üçün raket tədarükü bu ilin ilk yarısında 2025-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə azalıb.

NTV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski hərbçilər, Müdafiə Nazirliyi, Ukrayna Təhlükəsizlik Xidməti, Baş Kəşfiyyat İdarəsi və Prezident Ofisi ilə keçirilən müşavirənin yekunları üzrə öz "Telegram" səhifəsində bildirib.

"Bu il, təəssüf ki, tərəfdaşlardan antiballistik vasitələrlə təchizat əhəmiyyətli dərəcədə azalıb. Tədarüklərdə HHM üçün raketlərin sayı 2025-ci illə müqayisədə üç dəfə azalıb. Və söhbət təkcə bu yay dövründən deyil, 2026-cı ilin birinci yarısının bütün dövrlərindən gedir", - o bildirib.

Zelenskinin sözlərinə görə, Ukraynanın müttəfiqlərində raketlər var, lakin onların tədarükünü təmin etmək və istehsal proseslərini, o cümlədən istehsalın Ukraynada lokallaşdırılmasını sürətləndirmək üçün siyasi qərarlar tələb olunur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM