satellite   Azerspace-1: 11135 H 30000

ABŞ Belçikaya səfərlə bağlı təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb

ABŞ Belçikaya səfərlə bağlı təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb

Amerika Birləşmiş Ştatları (ABŞ) Belçikaya səfər edən vətəndaşları üçün təhlükəsizlik xəbərdarlığının səviyyəsini artırıb.

NTV xəbər verir ki, ABŞ Dövlət Departamenti iyulun 23-dən Belçika ilə bağlı səyahət tövsiyəsini ikinci səviyyəyə yüksəldərək turistlərə daha diqqətli olmağı tövsiyə edib. Qərarın əsas səbəbləri arasında xırda cinayət, terror təhlükəsi və ictimai iğtişaşlar göstərilir. Tövsiyədə bildirilib ki, xüsusilə turistlərin çox olduğu yerlərdə cibgirlik və çanta oğurluğu kimi fürsət cinayətləri geniş yayılıb. ABŞ tərəfi Belçikada terror aktları riskinin də mövcud olduğunu qeyd edib. Həmçinin siyasi vəziyyətlə bağlı genişmiqyaslı aksiyaların keçirilə biləcəyi və nümayişlərin nəqliyyata mane ola biləcəyi vurğulanıb.

Belçikanın Xarici İşlər Nazirliyi isə təhlükəsizlik xidmətlərinin ölkədə yaşayan və səfər edən bütün şəxslərin təhlükəsizliyini təmin etmək üçün birgə çalışdığını açıqlayıb.

ABŞ vətəndaşlarına nümayişlərdən və izdihamdan uzaq durmaq, yerli xəbərləri izləmək, səfər planlarını zərurət yarandıqda dəyişmək və daim ehtiyatlı olmaq tövsiyə olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM