satellite   Azerspace-1: 11135 H 30000

Rusiyanın Tula vilayəti kütləvi dron hücumuna məruz qalıb

Rusiyanın Tula vilayəti kütləvi dron hücumuna məruz qalıb

Avqustun 5-nə keçən gecə Rusiyanın Tula vilayəti Ukrayna dronlarının kütləvi hücumuna məruz qalıb.

NTV xəbər verir ki, vilayətin qubernatoru Dmitri Milyayevin verdiyi məlumata görə, hava hücumundan müdafiə qüvvələri bölgənin üzərində 107 dronu məhv edib. Hücum zamanı bir nəfər yaralanıb. Həmçinin iki çoxmənzilli binaya, Novomoskovsk və Uzlovoy rayonlarında istehsalat müəssisələrinə, anbarlara ziyan dəyib. “Wildberries” malların çeşidlənməsi mərkəzində yanğın baş verib.

Bundan başqa, Tatarıstanın Zelenedolsk rayonunda dron qalıqlarının düşməsi nəticəsində mülki obyektlərin birində yanğın baş verib. Yanğın qısa müddətdə söndürülüb, zərərçəkənlərin olmadığı bildirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM