Türkiyədə son günlər meşə sahələri də daxil olmaqla ayrı-ayrı yerlərdə ümumilikdə 206 yanğın hadisəsi qeydə alınıb.
NTV xəbər verir ki, bu barədə Türkiyənin Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi "X" sosial media hesabında məlumat yayıb.
Qeyd olunub ki, bu yanğın hadisələrinin 202-si nəzarət altına alınıb.
Hazırda davam edən yanğın hadisələri Balıkesir-Gömeç, Antalya-Alanya, Mersin-Gülnar-Aydıncık və Aydın-Çine ərazilərini əhatə edir. Yanğınların 133-ü meşədən kənar ərazilərdə baş verib.
Ölkə üzrə yanğınla mübarizə çərçivəsində 28 təyyarə, 119 helikopter və 14 pilotsuz uçuş aparatı (PUA), 1 953 yanğınsöndürmə avtomobili, 2 766 ilkin müdaxilə maşını və 878 xüsusi texnika fəaliyyət göstərir.
