Rusiyanın Krasnodar şəhərində “Wildberries” anbarına dron hücumu nəticəsində on nəfər yaralanıb, onlardan üçünün vəziyyəti ağırdır.
NTV xəbər verir ki, bu barədə Krasnodar diyarının qubernatoru Veniamin Kondratyev məlumat verib.
Bazarın rəhbəri Tatyana Kim bildirib ki, Stavropol diyarının Krasnodar və Nevinnomıssk şəhərlərində “Wildberries” logistika mərkəzlərinə gecə hücumu nəticəsində itkilər olub.
Daha əvvəl, 18 iyul gecəsi Moskva yaxınlığındakı Elektrostal və Tambov vilayətinin Kotovsk şəhərlərindəki “Wildberries” logistika mərkəzlərinə dron hücumları edilib. Elektrostalda 57 nəfər yaralanıb. Kotovskda şirkət işçilərinin yeddisi ölüb, 25 nəfər isə yaralanıb.
