ABŞ-nin İrana qarşı müharibəsi indiyə qədər 37,5 milyard dollara başa gəlib.
NTV xəbər verir ki, bu sözləri müharibə naziri Pit Heqset Senat dinləmələrində deyib.
Heqset əlavə müharibə maliyyələşdirməsinin təcili və zəruri olduğunu və Prezident Donald Trampın təklif etdiyi 1,5 trilyon dollarlıq müdafiə büdcəsinin orduya investisiya olduğunu bildirib.
"Bu vəsaitlər olmadan biz ciddi çatışmazlıqlarla üzləşirik", - deyə nazir ifadə verib.
