satellite   Azerspace-1: 11135 H 30000

Mərkəzi Komandanlıq İrana qarşı növbəti hava zərbələrinin başa çatdığını açıqlayıb

Mərkəzi Komandanlıq İrana qarşı növbəti hava zərbələrinin başa çatdığını açıqlayıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən ardıcıl 11-ci zərbələr seriyasının başa çatdığını bildirib.

NTV xəbər verir ki, bu barədə CENTCOM-un açıqlamasında məlumat verilib.

Bildirilib ki, əməliyyat zamanı İranın hərbi komanda məntəqələri, dəniz obyektləri, təyyarə anqarları, pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələr və hərbi logistika infrastrukturu hədəfə alınıb. Məqsədin İranın Hörmüz boğazında kommersiya gəmiçiliyini təhdid etmək imkanlarını zəiflətmək olduğu qeyd edilib.

Açıqlamada, həmçinin son üç ay ərzində İranın Hörmüz boğazından keçən 30-dan çox ticarət gəmisinə hücum etdiyi iddia olunub. CENTCOM bu hücumların yüzlərlə dənizçinin həyatını təhlükə altına saldığını və beynəlxalq gəmiçiliyə mənfi təsir göstərdiyini bildirib.

Komandanlığın məlumatına görə, buna baxmayaraq, Hörmüz boğazı kommersiya daşımaları üçün açıq qalır. Qeyd edilir ki, mayın əvvəlindən ABŞ Mərkəzi Komandanlığı təxminən 900 ticarət gəmisinin və 450 milyon barel xam neftin təhlükəsiz tranzitini dəstəkləyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM