satellite   Azerspace-1: 11135 H 30000

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

Media: İranla münaqişədə 500-dən çox ABŞ hərbçisi yaralanıb

ABŞ-nin İrana qarşı hərbi əməliyyatları zamanı yaralanan amerikalı hərbçilərin sayı 500-ü ötüb.

NTV xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumatlı mənbəyə istinadla bildirib.

Agentliyin məlumatına görə, yaralıların sayı Pentaqonun açıqladığı rəsmi statistikadan yüksəkdir. Pentaqon indiyədək 482 hərbçinin yaralandığını açıqlayıb.

Pentaqonun sözçüsü Şon Parnell isə son iki həftə ərzində İrana qarşı əməliyyatlarda təxminən 100 amerikalı hərbçinin müxtəlif dərəcəli xəsarətlər aldığını qeyd edib.

Məlumata əsasən, indiyədək münaqişə zamanı ümumilikdə 18 ABŞ hərbçisi həlak olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM