satellite   Azerspace-1: 11135 H 30000

Rusiya XİN diplomatlarla bağlı insidentə görə Moldova səfirinə etirazını bildirib

Rusiya XİN diplomatlarla bağlı insidentə görə Moldova səfirinə etirazını bildirib

Moldovanın Rusiyadakı səfiri Lilian Dariy RF Xarici İşlər Nazirliyinə çağırılıb. Kişineuda Rusiya səfirliyinin əməkdaşları və nəqliyyat vasitələri ilə bağlı insidentlə əlaqədar ona sərt etiraz bildirilib.

NTV xəbər verir ki, Moskva Moldova tərəfinin hərəkətlərini 1961-ci il Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulması hesab edib.

Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, iyulun 19-da Moldova polisi Kişineuda Rusiya səfirliyinin avtobusunu saxlayıb və onun diplomatik nömrə nişanlarını çıxarıb. Nazirlik bildirib ki, səfirlik əməkdaşlarına qarşı güc tətbiq olunub və onlar həbslə təhdid ediliblər.

İyulun 20-dən 21-nə keçən gecə “Leuşenı” sərhəd keçid məntəqəsində daha bir hadisə baş verib. Rusiyaya rəsmi yük çatdırmaq üçün Moldovadan yola düşən RF səfirliyinin əməkdaşları sərhəddə səbəbsiz olaraq dörd saatdan çox saxlanılıblar.

Rusiya tərəfi əks tədbirlər görmək hüququnu özündə saxladığını bildirib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM