satellite   Azerspace-1: 11135 H 30000

İranda qadınlar gələn aydan motosiklet sürə biləcəklər

İranda qadınlar gələn aydan motosiklet sürə biləcəklər

Bu ilin avqustundan İranda qadınlara motosiklet idarə etmək üçün sürücülük vəsiqəsi veriləcək.

NTV İRNA-ya istinadən xəbər verir ki, bunu Qadın və ailə məsələləri üzrə vitse-prezident Zəhra Behruz Azər bildirib.

O, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsinə heç bir dini, hüquqi və ya qanunvericilik məhdudiyyətinin olmadığını vurğulayaraq deyib: "Son məlumatlara əsasən, ümid edirik ki, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilməsi avqustda başlayacaq".

Behruz Azər qeyd edib ki, hazırda İranda pilot və ya ağır texnika sürücüsü kimi çalışan qadınlar var, motosikletlər isə hamının istifadə etdiyi nəqliyyat vasitəsidir.

Xatırladaq ki, İranda qadınların motosiklet sürməsi qadağan idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM