Ukrayna hərbçiləri Kursk vilayətindəki aerodromda Rusiyanın MiQ-29 qırıcı təyyarəsini məhv ediblər.
NTV bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının açıqlamasına istinadla xəbər verir.
Qeyd olunub ki, “Çernıy Les” 15-ci əlahiddə artilleriya kəşfiyyat briqadası Rusiyanın Kursk vilayətindəki “Xalino” aerodromunda uğurlu əməliyyat keçirib.
Bəyanatda deyilir: “MiQ-29 qırıcı təyyarəsi və “Pantsir-S1” zenit-raket və top sistemi məhv edilib”.
Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahı, həmçinin belə əməliyyatların etdiriləcəyini vurğulayıb.
Xatırladaq ki, Milli Qvardiyanın “Omeqa” mərkəzinin xüsusi təyinatlıları müvəqqəti işğal edilmiş Krımdakı “Saki” hərbi aerodromunda Rusiyanın Su-24M bombardmançı təyyarəsini də məhv ediblər.
