satellite   Azerspace-1: 11135 H 30000

Britaniyanın yeni Baş nazirindən ilk iqtisadi addım: Elektrik enerjisinə ƏDV ləğv olunur

Britaniyanın yeni Baş nazirindən ilk iqtisadi addım: Elektrik enerjisinə ƏDV ləğv olunur

Böyük Britaniyanın yeni Baş naziri Endi Börnham vəzifəyə başladıqdan sonra ilk mühüm qərarını açıqlayıb.

NTV xəbər verir ki, o, bu ilin oktyabr ayından etibarən ev təsərrüfatlarının elektrik enerjisi ödənişlərinə tətbiq olunan 5 faizlik əlavə dəyər vergisinin (ƏDV) sıfıra endiriləcəyini bildirib. Hökumətin hesablamalarına görə, bu dəyişiklik nəticəsində orta hesabla hər bir ailə ildə təxminən 45 funt sterlinq qənaət edəcək.

Biznes naziri Conatan Reynolds deyib ki, vergi güzəşti cari maliyyə ilinin sonunadək maliyyələşdirilib. Onun sözlərinə görə, bunun üçün əvvəlki Baş nazir Kir Starmer hökumətinin planlaşdırdığı rəqəmsal şəxsiyyət vəsiqəsi proqramı ləğv olunub və ayrılmış vəsait bu məqsədə yönəldilib.

Reynolds əlavə edib ki, elektrik təchizatçıları ƏDV-nin ləğvindən yaranan güzəşti istehlakçıların hesablarına tam şəkildə tətbiq edəcək və bu sahədə hər hansı problem gözlənilmir.

Qeyd edək ki, Endi Börnham iyulun 20-də Böyük Britaniyanın Baş naziri vəzifəsinə başlayıb. O, yeni hökumət komandasını da formalaşdıraraq Con Hilini maliyyə naziri, Ed Milibandı xarici işlər naziri, Ues Stritinqi isə müdafiə naziri təyin edib. Angela Reyner yenidən mənzil məsələləri naziri, Şabana Mahmud isə daxili işlər naziri vəzifəsində saxlanılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM