Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya Yəmənin “Ənsar Allah” (husi) hərəkatının Bab əl-Məndəb boğazında gəmiçiliyə yönəlmiş təhdidlərinə qətiyyətlə cavab veriləcəyini açıqlayıb.
NTV xəbər verir ki, koalisiyanın sözçüsü briqada generalı Turki əl-Maliki Bab əl-Məndəb boğazından keçən ticarət gəmilərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlərə başlanıldığını bildirib.
Onun sözlərinə görə, husilərin təhdidləri beynəlxalq hüququn pozulması və dəniz piratçılığı kimi qiymətləndirilir.
Turki əl-Maliki, həmçinin husilərin Yəmən limanları və hava limanlarının bağlanması ilə bağlı bəyanatlarını dezinformasiya və gərginliyi artırmağa yönəlmiş kampaniyanın tərkib hissəsi adlandırıb.
Xatırladaq ki, husilər iyulun 21-də Səudiyyə Ərəbistanına qarşı dəniz blokadası elan ediblər.
