satellite   Azerspace-1: 11135 H 30000

BVF Ukraynaya 690 milyon dollarlıq kredit tranşını təsdiqləyib

BVF Ukraynaya 690 milyon dollarlıq kredit tranşını təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) Ukrayna üçün təxminən 690 milyon ABŞ dolları məbləğində yeni kredit tranşının ayrılmasını təsdiqləyib.

NTV xəbər verir ki, BVF-nin İcraiyyə Şurası bununla Ukrayna üzrə 48 aylıq Genişləndirilmiş Maliyyələşdirmə Mexanizmi (GMM) proqramının ilk icmalını başa çatdırıb.

Yeni tranşın ayrılması ilə Ukraynanın proqram çərçivəsində əldə etdiyi ümumi maliyyə dəstəyi 2,2 milyard dollara çatıb.

Bu vəsait BVF-nin fevral ayında təsdiqlədiyi 8,1 milyard dollarlıq dördillik GMM proqramı çərçivəsində ayrılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM