satellite   Azerspace-1: 11135 H 30000

Myanmanın cənubunda daşqınlar səbəbindən 1600-dən çox insan təxliyə edilib

Myanmanın cənubunda daşqınlar səbəbindən 1600-dən çox insan təxliyə edilib

Myanmanın Mon əyalətində güclü yağışlar nəticəsində baş verən daşqınlar səbəbindən 1681 nəfər təxliyə olunub.

NTV Sinxua agentliyinə istinadla xəbər verir ki, Belin çayında suyun səviyyəsinin təhlükəli həddi keçməsi eyniadlı qəsəbənin aşağı ərazilərinin su altında qalmasına səbəb olub. Təxliyə edilənlər üçün 10 müvəqqəti yardım düşərgəsi yaradılıb.

Məlumata görə, çayda suyun səviyyəsi azalmağa başlasa da, sakinlər ehtiyat tədbiri olaraq hələlik düşərgələrdə qalırlar. Hava şəraiti əlverişli olarsa, onların yaxın günlərdə evlərinə qayıtması gözlənilir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM