Qazaxıstan Respublikası Hökumətinin qərarı ilə qan donorları üçün ilk dəfə rəsmi olaraq yeni mükafat - “Qurmetti donor” (“Fəxri donor”) döş nişanı təsis olunub.
NTV Qazaxıstanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, təsdiq edilən tələblərə tam cavab verən 481 daimi donor bu fərqlənmə nişanının ilk sahibləri olacaq.
Qəbul olunan sənədə əsasən, döş nişanı qanını təmənnasız verən Qazaxıstan vətəndaşlarına, həmçinin əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə təqdim ediləcək. Mükafatı almaq üçün ən azı 40 dəfə qan və trombosit, yaxud minimum 70 dəfə qan plazması donorluğu etmək lazımdır.
Bu qərar tarixi ədalətin bərpasına və müntəzəm olaraq insan həyatı xilas edən qazaxıstanlıların əməyinə yüksək qiymət verilməsinə yönəlib.
