satellite   Azerspace-1: 11135 H 30000

Türkiyənin Nepalda eniş edən sərnişin təyyarəsində yanğın olub

Türkiyənin Nepalda eniş edən sərnişin təyyarəsində yanğın olub

"Türk Hava Yolları"nın İstanbul–Katmandu reysini həyata keçirən sərnişin təyyarəsi Nepalın Tribhuvan Beynəlxalq Hava Limanına eniş etdiyi zaman yanğın təhlükəsi ilə üzləşib.

NTV BBC Türkcə-yə istinadən xəbər verir ki, təyyarə eniş etdikdən sonra sağ eniş qurğusunda qığılcımlar müşahidə olunub və daha sonra yanğın baş verib.

Təyyarədə 277 sərnişin və 11 ekipaj üzvünün olduğu vurğulanıb. Bildirilib ki, hadisə zamanı sərnişinlər təxliyə olunub, xəsarət alan olmayıb.

"Türk Hava Yolları" rəsmi açıqlama yayaraq qeyd edib ki, yanğına səbəb hidravlik boruda texniki nasazlıqdır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM