satellite   Azerspace-1: 11135 H 30000

IKEA İsveçdə ən yaxşı işəgötürənlər reytinqinə başçılıq edib

IKEA İsveçdə ən yaxşı işəgötürənlər reytinqinə başçılıq edib

“Randstad” şirkətinin yeni araşdırmasına əsasən, İsveçdə çalışanlar rahat iş mühitinə və işlə şəxsi həyat arasında balansın qorunmasına daha çox önəm verməyə başlayıblar. Hazırda bu amillər yüksək maaş və bonuslardan daha vacib hesab olunur.

NTV xəbər verir ki, 2026-cı ildə İsveçdə ən cəlbedici işəgötürən IKEA seçilib. Siyahıda ikinci yeri İsveçin Müdafiə Sənayesi Maddi-Texniki Təminatı İdarəsi, üçüncü yeri isə “Toyota” tutub.

Araşdırma göstərib ki, ölkə sakinlərinin təxminən üçdə biri iş yerini dəyişmək barədə düşünür. İşçilər həmçinin məşğulluğun sabitliyinə, kollektivdəki ab-havaya və inkişaf imkanlarına daha çox diqqət yetirirlər.

CAR mətbuatında Ulu Öndər Heydər Əliyevə həsr olunan məqalə dərc edilib

Bu ilin reytinqində iri sənaye, mühəndislik və texnologiya şirkətlərinin çoxluq təşkil etməsi Skandinaviya ölkələrində həmin iqtisadi sahələrə marağın yüksək olduğunu göstərir. Siyahının son pillələrində İsveç Radiosu (28-ci yer), “AstraZeneca” əczaçılıq şirkəti (29-cu yer) və “Deloitte” audit şirkəti (30-cu yer) qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM