satellite   Azerspace-1: 11135 H 30000

Fransada məhkəmə antifaşistlərin yürüşlərinə qadağa qoyub

Fransada məhkəmə antifaşistlərin yürüşlərinə qadağa qoyub

Parisin İnzibati Məhkəməsi mayın 8-i Fransa paytaxtında ultrasağçı "9 May Komitəsi" qrupunun nümayişinin, eləcə də sabaha planlaşdırılmış antifaşist cavab nümayişinin keçirilməsinə qoyulan qadağanı təsdiqləyib.

NTV  Fransa mediasına istinadən xəbər verir ki, çərşənbə axşamı Paris polisi hər iki aksiyaya icazə verməkdən imtina edib.

O, bunu "gərgin və son dərəcə qütbləşmiş siyasi kontekst", eləcə də bu tədbirlər zamanı və ya ondan sonra baş verə biləcək potensial iğtişaşlar və "zorakı hərəkətlər"lə izah edib.

Prefektura fevral ayında Lionda radikal ultrasağçı fəal Kanten Derankın ölümünü xatırladıb və qeyd edib ki, 2025-ci ildə "9 May Komitəsi"nin yürüşü zamanı bir neçə nasist salamı qeydə alınıb.

"9 May Komitəsi" hər il 1994-cü ildə Parisdə polisdən gizlənməyə çalışarkən binanın damından yıxılaraq həlak olmuş ultrasağçı fəal Sebastyan Dezyonun xatirəsinə aksiya keçirir.

Ötən il neonasistlərin yürüşünə icazə verilmişdi, lakin antifaşistlərə isə yox. O zaman minə yaxın neofaşist fəal, bir çoxu üzübağlı və Fransada qadağan olunmuş nasist simvolikası ilə Parisdə yürüş keçirmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM