satellite   Azerspace-1: 11135 H 30000

Liviyada ən böyük neft emalı zavodu işini dayandırıb

Liviyada ən böyük neft emalı zavodu işini dayandırıb

Liviyanın Zaviyə şəhərindəki ən böyük neft emalı zavodu toqquşmalar səbəbindən fəaliyyətini dayandırıb.

NTV xəbər verir ki, “Əl Marsad” portalının məlumatına görə, rəhbərlik “təhlükəsizlik məqsədilə neft emalı zavodunun işini tamamilə dayandırıb və yanacaq çənlərini boşaldıb”. Toqquşmalar nəticəsində kompleksin ərazisinə bir neçə iri çaplı mərmi düşüb, lakin istehsal gücünə təsir etməyib.

Cümə günü səhər saatlarında neft emalı zavodunun yaxınlığında toqquşmalar baş verib. Bundan əvvəl Zaviyənin təhlükəsizlik idarəsi bölgədəki cinayətkar qruplara qarşı genişmiqyaslı əməliyyatın başladığını elan edib.

Portalın dərc etdiyi açıqlamaya görə, bütün tədbirlər “qanunvericiliyə uyğun olaraq və Baş prokurorluğun nəzarəti altında” həyata keçirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM