satellite   Azerspace-1: 11135 H 30000

Apreldə qlobal dəniz səthi orta temperaturu rekord həddə yaxınlaşıb

Apreldə qlobal dəniz səthi orta temperaturu rekord həddə yaxınlaşıb

Qlobal dəniz səthi orta temperaturu aprel ayında 21 dərəcə Selsi təşkil etməklə rekord həddə yaxınlaşıb.

NTV xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Kopernik İqlim Dəyişikliyi Xidmətinin (C3S) məlumat yayıb.

Bildirilir ki, ötən ay dəniz səthi orta temperaturu baxımından ikinci ən isti aprel ayı kimi qeydə alınıb. Aprel ayı üzrə rekord dəniz səthi temperaturu isə 2024-cü ildə qeydə alınıb.

Həmçinin bu ilin aprel ayı qlobal miqyasda üçüncü ən isti aprel ayı olub. Ən isti aprel ayı 2024-cü ildə, ikincisi isə 2025-ci ildə qeydə alınıb. Keçən ay quru səthinin orta temperaturu 14,89 dərəcəyə çatıb ki, bu da 1991-2020-ci illər ərzində aprel ayının orta göstəricisindən 0,52 dərəcə yüksəkdir. Avropada apreldə orta səth temperaturu 8,88 dərəcə olub.

Cari ilin aprel ayı Avropa üçün 10-cu ən isti aprel ayı olub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM