satellite   Azerspace-1: 11135 H 30000

“Air Astana” aviaşirkətinə məxsus təyyarə mühərrik nasazlığı səbəbindən Aktobe hava limanında təcili eniş edib

“Air Astana” aviaşirkətinə məxsus təyyarə mühərrik nasazlığı səbəbindən Aktobe hava limanında təcili eniş edib

Astanadan Frankfurta KZR921 reysi ilə uçan “Air Astana” aviaşirkətinin “Airbus A321” təyyarəsi mühərrik nasazlığı səbəbindən Aktobe hava limanında təcili eniş edib.

NTV Qazaxıstan Nəqliyyat Nazirliyinə istinadla xəbər verir ki, Astana hava limanından qalxdıqdan sonra uçuş heyəti PAN-PAN təcili siqnalı verib və eniş üçün Aktobedəki alternativ aerodroma enmək qərarına gəlib.

Təyyarədə dörd uşaq və bir körpə olmaqla 93 sərnişin, eləcə də doqquz heyət üzvü olub. Eniş planlaşdırıldığı kimi başa çatıb, daha sonra təyyarəni dayanacağa çəkiblər. Təhlükəsizliyi təmin etmək üçün hava limanının təcili yardım və yerüstü xidmətləri səfərbər edilib.

Hazırda təyyarənin zədələnməsi və ya sərnişinlərin xəsarət alması barədə məlumat yoxdur. Qəza təyyarənin mühərrik blokunun texniki nasazlığı ilə əlaqədardır.

Hadisə ciddi hal kimi təsnif edilib və Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Qəzaları və Hadisələrinin Araşdırılması Departamenti tərəfindən araşdırılır. Departament əməkdaşının ilkin araşdırmalar aparmaq və məlumat toplamaq üçün qəza yerinə baş çəkməsi planlaşdırılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM