satellite   Azerspace-1: 11135 H 30000

İran Hörmüz boğazından keçid üçün bəyannamə tələb edəcək

İran Hörmüz boğazından keçid üçün bəyannamə tələb edəcək

Tehran Hörmüz boğazından keçəcək gəmilərdən əvvəlcədən məlumat təqdim edilməsini tələb edəcək.

NTV xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Məlumata görə, İranın yeni yaradılmış Körfəz Boğazları İdarəsi tərəfindən hazırlanan “Gəmi Məlumat Bəyannaməsi” tranzit gəmilər üçün məcburi olacaq.

Sənəddə gəmi, onun sahibi, operatoru, heyət üzvləri və yük barədə məlumatların təqdim edilməsi tələb olunur. Bəyannamənin elektron poçt vasitəsilə göndərilməsi tövsiyə edilir.

Keçid üçün ödəniş tətbiq olunacağı hələlik açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM