satellite   Azerspace-1: 11135 H 30000

II Qareginin qardaşı və qardaşı oğlu barəsində inzibati nəzarət tətbiq edilib

II Qareginin qardaşı və qardaşı oğlu barəsində inzibati nəzarət tətbiq edilib

Bütün ermənilərin katolikosu II Qareginin qardaşı və qardaşı oğlu - Gevorq və Ambartsum Nersesyanlar barəsində inzibati nəzarət tətbiq edilib.

NTV xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Məhkəmənin qərarında qeyd olunub ki, onların barəsində ev dustaqlığı ləğv edilib, inzibati nəzarət tətbiq olunub. Onların yaşadıqları Eçmiədzin rayonunun Voskeat kəndini tərk etmək hüququ yoxdur.

II Qareginin qohumları 2025-ci ilin noyabrında Eçmiədzin şəhərinin meri seçkiləri zamanı seçki kampaniyasına maneçilik törətmək ittihamı ilə saxlanılmışdılar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM