satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə təbii fəlakətlər zamanı axtarış-xilasetmə beynəlxalq təlimləri keçiriləcək

Türkiyədə təbii fəlakətlər zamanı axtarış-xilasetmə beynəlxalq təlimləri keçiriləcək

Türkiyə Milli Müdafiə Nazirliyi təbii fəlakətlər zamanı axtarış-xilasetmə beynəlxalq təlimlərin keçiriləcəyini bildirib.

NTV xəbər verir ki, 10-23 may tarixlərində keçirilməsi planlaşdırılan təlimlərdə Azərbaycan, Gürcüstan və Türkiyədən olan müvafiq bölmələrin iştirakı gözlənilir.

Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib: “Türkiyədə keçiriləcək təlimlər dostluq və əməkdaşlıq əlaqələrini dərinləşdirmək və fəlakət zonalarında mürəkkəb axtarış-xilasetmə əməliyyatlarında qarşılıqlı fəaliyyət bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır”.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM