satellite   Azerspace-1: 11135 H 30000

Media: Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib

Media: Tehran və Vaşinqton İranın blokadasını yumşaltmaq barədə razılığa gəlib

İran və ABŞ Hörmüz boğazında gəmiçiliyin tədricən bərpası müqabilində İrana qarşı dəniz blokadasının yumşaldılması barədə razılığa gəliblər.

NTV xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalı Pakistandakı mənbələrə istinadla məlumat yayıb.

“Hörmüz boğazının tədricən açılması müqabilində blokadanın yumşaldılması barədə razılıq əldə edilib. Hazırda bu məsələ ilə bağlı intensiv təmaslar davam edir və boğazda blokadada olan gəmilər məsələsinin həllində yaxın saatlarda irəliləyiş gözlənilir. Lakin mənbələr onu da bildirir ki, hazırda iranlılar və amerikalılar arasında birbaşa görüşlər barədə heç bir razılaşma yoxdur. Təmaslar vasitəçilər vasitəsilə davam edir. ABŞ Prezidenti Donald Tramp da Amerikanın gərginliyin azaldılması təklifinə İran tərəfinin mümkün qədər tez cavab verməsini istəyib”, - deyə məlumatda bildirilir.

Telekanal qeyd edir ki, danışıqlar prosesi heç bir maneə olmadan davam edir və İran artıq bu gün cavabını Pakistan vasitəçilərinə çatdıra bilər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM