satellite   Azerspace-1: 11135 H 30000

Ölkələr üzrə qlobal borc rekord həddə yüksəlib

Ölkələr üzrə qlobal borc rekord həddə yüksəlib

Dünya üzrə qlobal borc 2026-cı ilin birinci rübündə təxminən 353 trilyon dollara yüksəlib. Bu yeni rekord həddir.

NTV xəbər verir ki, Nyu-York Beynəlxalq Maliyyə İnstitutunun (IIF) dərc edilən "Qlobal Borc Monitoru" adlı hesabatında bu barədə məlumat yer alıb.

Hesabata görə, qlobal borcun həcmi ilin birinci rübündə 4,4 trilyon dollardan çox artaraq 353 trilyon dollara çatıb.

Ardıcıl beşinci rübdür artan və yeni rekord həddə çatan qlobal borc məbləği ötən ilin eyni dövründə 327,6 trilyon dollar təşkil edirdi.

Borc nisbətləri inkişaf etmiş bazarlarda azalma tendensiyasını davam etdirərkən, inkişaf etməkdə olan bazarlarda davamlı olaraq artıb. Bu dövrdə ən əhəmiyyətli artımlar Norveç, Küveyt, Çin, Bəhreyn və Səudiyyə Ərəbistanında qeydə alınıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM